Bank Of Baku

«Finance Leasing» 195 min manatlıq istiqrazların yerləşdirilməsinə hazırlaşır

«Finance Leasing» 195 min manatlıq istiqrazların yerləşdirilməsinə hazırlaşır
# 09 oktyabr 2010 07:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Finance Leasing» ASC-nin faizli adlı sənədsiz istiqrazlarının emissiya prospektini dövlət qeydiyyatına alıb.
Bakı Fiond Birjasından (BFB) «APA-Economics»ə verilən məlumata görə, istiqrazların hər birinin nominal dəyəri 500 manat, sayı 390 ədəd, emissiyanın ümumi həcmi isə 195 min manat təşkil edir. Emissiyanın kütləvi təklif üsulu ilə BFB vasitəsilə yerləşdiriləcək. İstiqrazların tədavül müddəti 540 gün təşkil edir. Sözügedən qiymətli kağızların anderrayter rolunda «Çelsi Kapital» MMC çıxış edəcək.
Qeyd edək ki, «Finance Leasing» ASC 2007-ci ilin mart ayında yerli 16 fiziki şəxs tərəfindən təsis olunub. Lizinq əməliyyatlarının maliyyələşdirilməsi ilə yanaşı şirkət yerli avadanlıq istehsalçıları və maliyyə qurumları ilə (bank və sığorta təşkilatları) sıx əməkdaşlıq edir. Lizinq sahəsində isə şirkət əsas diqqəti fiziki şəxslərin, kiçik və orta sahibkarlıq subyektlərinin layihələrinin maliyyələşdirilməsinə yetirir. Hazırda şirkətin nizamnamə kapitalı 1,2 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR