Bank Of Baku

Gələn il dövlət büdcəsindən «Azərpoçt»a 2,3 mln. manat vəsaitin ayrılması nəzərdə tutulub

Gələn il dövlət büdcəsindən «Azərpoçt»a 2,3 mln. manat vəsaitin ayrılması nəzərdə tutulub
# 09 oktyabr 2010 11:16 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Gələn il dövlət büdcəsindən Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Azərpoçt» Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) 2,3 mln. manat vəsaitin ayrılması nəzərdə tutulub. «APA-Economics»in məlumatına görə, bu barədə rabitə və informasiya texnologiyaları nazirini müavini İltimas Məmmədov bildirib.
Onun sözlərinə görə, artıq 3 ildir ki, dövlət büdcəsində ölkənin poçt sahəsinin inkişaf etdirilməsi üçün «Azərpoçt» MMC-yə maliyyə vəsaiti ayrılır: «Bu il ərzində büdcədən «Azərpoçt»a 2,3 mln. manat məbləğində vəsait ayrılıb ki, gələn il üçün də vəsaitin həcmi eyni səviyyədə olacağı gözlənilir».

Qeyd edək ki, hazırda Milli Məclisdə 2011-ci il üçün dövlət büdcəsinin müzakirələri aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR