Bank Of Baku

Azərbaycan parlamentinin komitələrində 2011-ci ilin büdcə layihəsinin müzakirəsi davam etdirilir

Azərbaycan parlamentinin komitələrində 2011-ci ilin büdcə layihəsinin müzakirəsi davam etdirilir
# 09 oktyabr 2010 11:37 (UTC +04:00)
APA-nın məlumatına görə, Milli Məclisin vitse-spikeri, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, büdcə layihəsi çox təkmil və ehtiyatlı hazırlanıb. Gələn ilin büdcəsində müdafiə və təhlükəsizlik sahəsi üzrə xərclərin əhəmiyyətli dərəcədə artdığını bildirən vitse-spiker sosial sahələrin yenə diqqət mərkəzində olduğunu vurğulayıb.

Daha sonra büdcənin göstəriciləri barədə məlumat verən maliyyə nazirinin müavini İlqar Fətizadə bildirib ki, 2011-ci ildə büdcənin gəlirləri 12 061 mln. manat, xərcləri isə 12 748 mln. manat proqnozlaşdırılır. Büdcə tərtib olunarkən neftin 1 barelinin qiyməti 60 ABŞ dolları götürülüb. Büdcənin sosial xərclərinin 10,4%, dövlət əsaslı investisiya qoyuluşu xərclərinin 26,5%, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi məqsədi ilə nəzərdə tutulan müdafiə xərclərinin 9,1% artımı proqnozlaşdırılır. Ümumilikdə xüsusi müdafiə təyinatlı layihələr də daxil olmaqla, müdafiə sahəsinə ayrılan vəsaitlər büdcə xərclərinin 18,9%-ni təşkil edəcək.

Daha sonra millət vəkilləri Pənah Hüseyn, Nəsib Nəsibli, Aydın Mirzəzadə, İlyas İsmayılov, Asim Mollazadə, Yevda Abramov, Ziyad Səmədzadə, Qənirə Paşayeva, İqbal Ağazadə, Gülər Əhmədova və Səməd Seyidov çıxış edərək büdcə layihəsi barədə fikirlərini bildiriblər.

İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə 2011-ci ilin dövlət büdcəsinin layihəsini şərh edərək bildirib ki, büdcədə müdafiə olunan xərclərin (sosial təminat və s.) çəkisi 33% təşkil edir. Gələn il Azərbaycanda adambaşına düşən büdcə gəliri 1300 manat, borc isə 250 manat təşkil edir. Halbuki 2005-ci ildə adambaşına düşən büdcə gəliri 180 manat, borc isə 196 manat olub.

Deputatların təkliflərindən sonra qanun layihəsinin parlamentin plenar sessiyasında müzakirəyə çıxarılması tövsiyə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR