Bank Of Baku

Dünya Bankı: İqtisadiyyat gözlənildiyindən daha sürətlə bərpa olunur

Dünya Bankı: İqtisadiyyat gözlənildiyindən daha sürətlə bərpa olunur
# 10 oktyabr 2010 01:45 (UTC +04:00)
Bakı-APA. Dünya iqtisadiyyatının böhrandan sonra bərpa olunması prosesi gözlənildiyindən sürətlə gedir. Dünya Bankının rəhbəri Robert Zellik bu fikirdədir.

Zellikin fikrincə, hər bir ölkədə böhranın nəticələrinin aradan qaldırılması templəri ilk növbədə daxili amillərlə müəyyənləşdirilir.

«İqtisadiyyatın bərpa olunması gözlənildiyindən sürətli templərlə gedir. BVF-in dünya iqtisadiyyatının vəziyyətinə dair hesabatına görə, bərpa olunma müxtəlif ölkələrdə müxtəlif templərlə gedəcək, iqtisadiyyatı daha güclü inkişaf etmiş ölkələr daha gec, inkişaf etməkdə olanlar isə daha tez bərpa olunacaqlar. Dünya Bankı konkret ölkələrdə iqtisadiyyatın bərpa olunmasının daha çox daxili amillərdən asılı olduğu barədə fikirlə həmrəydir», deyə Zellik bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR