Bank Of Baku

Azərbaycanda Mərkəzləşmiş Kredit Reyestrinə müraciətlərin sayı son bir ildə 4 dəfə artıb

Azərbaycanda Mərkəzləşmiş Kredit Reyestrinə müraciətlərin sayı son bir ildə 4 dəfə artıb
# 11 oktyabr 2010 07:07 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Mərkəzi Bankı nəzdində fəaliyyət göstərən Mərkəzləşdirilmiş Kredit Reyestrinə (MKR) 172,1 mindən artıq müraciət daxil olub ki, bu da 2009-cu ilin müvafiq dövrünün analoji göstəricisindən təxminən 3,9 dəfə artıqdır.

Reyestrdən «APA-Economics»ə verilən məlumata görə, bu müddət ərzində ölkə bankları onlara kredit üçün müraciət edən müştərilərinin kredit tarixçələrini dəqiqləşdirmək məqsədilə Reyestrə 145 882 dəfə müraciət edib. Müqayisə üçün bildirək ki, 2005-ci ildə Reyestr xidmətinə cəmi 319, 2006-cı ildə isə 5 302 sorğu daxil olub. Hesabat dövründə öz kredit hesabatını əldə etmək məqsədilə MKR-ə 217 şəxs müraciət edib.

Qeyd edək ki, 2010-cu il oktyabr ayının 1-ə MKR-də 884 970 borcalanın 1 743 647 krediti haqqında məlumat toplanıb. Reyestrdə haqqında məlumat olan borcalanların sayı ötən ilin sonu ilə müqayisədə 25,7%, 2008-ci ilin sonu ilə müqayisədə isə təqribən 2 dəfə artıb. Bundan başqa, MKR-də başqalarının kredit götürməsində zəmanət vermiş 387 817 zamin haqda məlumat toplanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR