Bank Of Baku

“İlin ən yaxşı maliyyə naziri”nin adı açıqlanıb

“İlin ən yaxşı maliyyə naziri”nin adı açıqlanıb
# 11 oktyabr 2010 08:04 (UTC +04:00)
Bakı - APA-Economics. “Euromoney” jurnalı Rusiyanın maliyyə naziri Aleksey Kudrini “İlin ən yaxşı maliyyə naziri” seçib.

APA-Economics”in xəbərinə görə, jurnalın naşiri Padraik Fellon Beynəlxalq Valyuta Fondunun və Dünya bankının Vaşinqtonda keçirilən sessiyasında müvafiq mükafatı A.Kudrinə təqdim edib.

P.Fellon bildirib ki, rusiyalı nazir Stabilləşdirmə Fondunun yaradılmasına və neft satışından əldə olunan əlavə gəlirlərdən maliyyə böhranı ilə mübarizədə istifadə etdiyinə görə təltif olunur. Öz növbəsində A.Kudrin böhrandan sonrakı dövrdə verilən bu mükafatı yüksək qiymətləndirdiyini qeyd edib: “Öz əməyinin nəticəsini görəndə məmnun olursan. Nəticə bütün peşəkar ictimaiyyət tərəfindən qəbul olunursa, bu, artıq ikiqat nəticədir”.

Qeyd edək ki, “Euromoney” “İlin ən yaxşı Mərkəzi Bank rəhbəri”ni də seçib. Bu, İsrail Mərkəzi Bankının rəhbəri Stenli Fişerdir.

Xatırladaq ki, Rusiya Maliyyə Nazirliyinə 2000-ci ildən rəhbərlik edən A.Kudrin 2004-cü ildə “The Banker”, 2006-cı ildə isə “Emerging Markets” jurnalları tərəfindən “İlin ən yaxşı maliyyə naziri” seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR