Bank Of Baku

Bu həftə sığortaçıların rəhbər işçi vəzifələrinə namizədlər üçün növbəti test imtahanı keçiriləcək

Bu həftə sığortaçıların rəhbər işçi vəzifələrinə namizədlər üçün növbəti test imtahanı keçiriləcək
# 11 oktyabr 2010 08:12 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu il oktyabr ayının 15-də Azərbaycan Maliyyə Nazirliyi tərəfindən sığortaçıların rəhbər işçi vəzifələrinə namizədlər üçün növbəti test imtahanı keçiriləcək.

Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətindən «APA-Economics»ə verilən məlumata görə, əvvəlki imtahanlarda iştirak etmiş, lakin keçməmiş və ya sənədləri nazirliyə tam olaraq təqdim olunmuş şəxslər də imtahanda iştirak üçün oktyabrın 14-dək Dövlət Sığorta Nəzarəti Xidməti ilə əlaqə saxlayaraq imtahanda iştiraklarını təsdiq etməlidir.

Qeyd edək ki, sənədlərini nazirliyə tam şəkildə təqdim etməmiş şəxslər (agentlər üçün - VÖEN-in notarial qaydada təsdiq olunmuş surəti istisna olmaqla) imtahana buraxılmayacaq.

Xatırladaq ki, imtahanlar «Sığorta fəaliyyəti haqqında» qanunun müvafiq maddəsinin tələbinə, həmçinin «Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər və sığortaçıların rəhbər vəzifələrinə namizədlər üçün attestasiyanın təşkili və keçirilməsi Qaydaları»na uyğun olaraq keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR