Bank Of Baku

«A-Qroup» sığorta şirkəti 15 illiyini qeyd edib

«A-Qroup» sığorta şirkəti 15 illiyini qeyd edib
# 11 oktyabr 2010 08:22 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «A-Group» sığorta şirkəti fəaliyyətinin 15 illiyini qeyd edib.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, 1995-ci ildən fəaliyyət göstərən «A-Group» şirkəti 3 icbari və 14 könülü sığorta növü üzrə xidmət göstərir. Şirkət uzunmüddətli inkişaf proqramı çərçivəsində nizamnamə kapitalını 71% artırıb.

Bundan başqa, «A-Qroup» 15 illiyi ərəfəsində Bakının müxtəlif yerlərində promo-aksiya keçirib. Promo-aksiyanın simvolu, möhkəmlik, dinamik artım və həyat mənbəyi kimi ağac olub. Mövcud reklam aksiyası çərçivəsində 10 minə yaxın ağac şitili paytaxt sakinlərinə hədiyyə kimi verilib.

Xatırladaq ki, təsisçisi bir yerli fiziki şəxs olan «A-Group» sığorta şirkəti 1995-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvar-iyul aylarında şirkətin topladığı sığorta haqlarının həcmi 5,139 mln. manat, sığorta ödənişləri isə 3,177 mln. manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR