Bank Of Baku

Azərbaycanda vətəndaşların kredit tarixçəsi ilə bağlı məlumatlar yalnız borcalanın razılığı ilə açıqlanacaq

Azərbaycanda vətəndaşların kredit tarixçəsi ilə bağlı məlumatlar yalnız borcalanın razılığı ilə açıqlanacaq
# 11 oktyabr 2010 08:48 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı nəzdində fəaliyyət göstərən Mərkəzləşdirilmiş Kredit Reyestrindən (MKR) «APA-Economics»ə verilən məlumata görə, Qaydalara ediləcək əlavə və dəyişikliklərə əsasən, MKR-ə banklarla yanaşı, bank olmayan kredit təşkilatlarının qoşulması da nəzərdə tutulur.

Dəyişikliklərin bir qismi vətəndaşların şəxsi məlumatlarının qorunmasına yönəlib. Belə ki, yeniliklərdən sonra MKR-də aparılacaq bütün sorğular yalnız barəsində sorğu olunan şəxsin yazılı razılığı ilə həyata keçiriləcək. Bundan başqa, MKR-də sorğu etmək səlahiyyəti olan hər bir istifadəçi məlumatların yayılmaması haqqında yazılı iltizam verməli olacaq.

Bununla yanaşı, MKR-in yeni kredit hesabatı tətbiq olunacaq. Yeni hesabatda daha ətraflı məlumatlar, o cümlədən borcalanın müvafiq öhdəlikləri haqqında məlumatlarla yanaşı borcalan haqda sorğu etmiş istifadəçilər barədə informasiya, onun zamin olduğu öhdəliklərin sayı və məbləği, borcalanın aylıq ödənişləri haqqında tarixçə də öz əksini tapacaq.

Qaydalara dəyişikliklər layihəsi artıq Ədliyyə Nazirliyinin hüquqi ekspertizasından keçib və Mərkəzi Bankın İdarə Heyətinə təqdim olunub.

Xatırladaq ki, oktyabrın 1-ə olan məlumata görə, MKR-də 884 970 borcalanın 1 743 647 krediti, eləcə də 387 817 zamin haqqında məlumat toplanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR