Bank Of Baku

“Standard & Poor’s”: Yaxın onilliklərdə bir çox dövlətlərin borcu astronomik həddə çata bilər

“Standard & Poor’s”: Yaxın onilliklərdə bir çox dövlətlərin borcu astronomik həddə çata bilər
# 11 oktyabr 2010 09:33 (UTC +04:00)
Bakı - APA-Economics. Əgər hökumətlər pensiya xərclərinin azaldılması üçün təcili tədbirlər görməsələr, yaxın onilliklərdə bir çox dövlətlərin borcu astronomik həddə çatacaq.

APA-Economics”in xəbərinə görə, bu barədə “Standard & Poor’s” reytinq agentliyinin hesabatında bildirilir. Bu cür təhlükə daha çox inkişaf etmiş ölkələri, xüsusən Yaponiyanı gözləyir.

“S & P”-nin proqnozuna görə, 2050-ci ildə dünyada 65 yaşdan yuxarı şəxslərin sayı hazırkı 7,6%-dən 16,2%-ə yüksələcək. Əgər hökumətlər mövcud pensiya və əhalinin qocalması ilə əlaqədar digər sosial proqramlara xərcləri azaltmasalar, qlobal miqyasda dövlət borcları ÜDM-in 36,1%-dən 260%-ə qədər artacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR