Bank Of Baku

«TBC Kredit» kreditlərini ucuzlaşdırır

«TBC Kredit» kreditlərini ucuzlaşdırır
# 11 oktyabr 2010 10:54 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «TBC Kredit» qeyri-bank kredit təşkilatı girovsuz «Təcili pul» kreditlərinə təkrar müraciət edən müştərilər üçün faiz dərəcəsini aşağı salıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, indi belə müştərilər üçün faiz dərəcəsi 2 bənd azaldılıb - illik 22%-dək. Yeni şərtlərlə kreditlər üçün həm əvvəlki kreditlərini bağlamış müştərilər, həm də hazırkı vaxtda krediti olan müştərilər müraciət edə bilərlər. Şərtlərə görə, yeni kredit üçün müraciət vaxtı cari kredit üzrə qalıq ümumi borcun 25%-dən çox olmamalıdır.

Xatırladaq ki, istənilən məqsəd üçün (səyahət, toy mərasimlərinin təşkili, mebel və texnika alınması və s.) verilən «Təcili pul» kreditləri maksimun 5000 manat, 18 ay müddətinə verilir. Kredit 2 gün ərzində rəsmiləşdirilir.

«TBC Kredit» 1999-cu ilin dekabrında «Shore Overseas Azerbaijan Credit» (SOA Credit) qeyri-bank kredit təşkilatı adı ilə yaradılıb. «SOA Credit» qeyri-bank kredit təşkilatının brendi 2007-ci ilin may ayında dəyişərək «TBC Kredit» olub. Brendin dəyişməsi Gürcüstanın aparıcı bankı olan «TBC Bank»ın təşkilatın yeni təsisçisi olması ilə əlaqədardır. 2008-ci ilin əvvəlində «SOA Credit»in nizamnamə kapitalındakı 75%-lik iştirak payı Gürcüstanın «TBC Bank»ına satılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR