Bank Of Baku

Azərbaycan Vergilər Nazirliyi üzrə 2011-c il üçün büdcə proqnozu azaldılıb

Azərbaycan Vergilər Nazirliyi üzrə 2011-c il üçün büdcə proqnozu azaldılıb
# 11 oktyabr 2010 11:44 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Gələn il Azərbaycan Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə ödənilməsi proqnozlaşdırılan vəsaitin həcmi 2010-cu ilə nisbətən 1,1% azaldılaraq 4 420 mln. manat müəyyənləşdirilib. «APA-Economics»in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov bildirib.

Bunun 38%-i neft sektorunun payına düşür ki, bu da 2010-cu illə müqayisədə 14,7% və ya 290 mln. manat azdır. Qalan 62% isə qeyri-neft sektorunun payına düşür ki, bu da cari ilə nisbətən 9,6% çoxdur.

Gələn il Vergilər Nazirliyinin xətti ilə rayon və şəhərlərin yerli gəlirləri üzrə daxilolmalar (Bakı şəhəri istisna olunmaqla) 449 mln. manat nəzərdə tutulur ki, bu da 2010-cu illə müqayisədə 3,6% çoxdur. Həmin gəlirlərin Vergilər Nazirliyinin xətti ilə daxil olan gəlirlərdə xüsusi çəkisi isə 0,5% artaraq 10,2% təşkil edəcək.

Qeyd edək ki, 2011-ci il dövlət büdcəsinin gəlirləri 12 061 mln. manat, xərcləri isə 12 748 mln. manat həcmində proqnozlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR