Bank Of Baku

Azərbaycan Xəzərdə qaçaqmalçılıqla mübarizədə gömrük katerlərindən istifadə edəcək

Azərbaycan Xəzərdə qaçaqmalçılıqla mübarizədə gömrük katerlərindən istifadə edəcək
# 11 oktyabr 2010 12:04 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Azərbaycanın Estoniyadan aldığı gömrük katerləri Xəzər dənizində qaçaqmalçılıqla mübarizə məqsədilə istifadə olunacaq. APA-nın məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev məlumat verib.

Katerlərin sınaqdan keçirildiyini və Xəzər dənizi şəraitinə uyğun olduğunu deyən komitə sədri bu üzmə vasitələrinin əməliyyatlar həyata keçirmək üçün zəruri avadanlıqlarla təchiz olunduğunu da vurğulayıb.

A. Əliyev hazırda Azərbaycanın dövlət sərhədindəki bəzi gömrük məntəqələrində yenidənqurma işlərinin aparıldığını da qeyd edib: «Artıq Biləsuvar, Balakən və Samur keçid məntəqələri açılıb. Sınıq Körpü və Astara gömrük keçid məntəqələri isə yenidən qurulub və açılışa hazırdır. Bu məntəqələr gömrük nəzarətini həyata keçirmək üçün bütün müasir avadanlıqlarla təchiz edilib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR