Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı gələn il məzənnə siyasətinə yenidən baxa bilər

Azərbaycan Mərkəzi Bankı gələn il məzənnə siyasətinə yenidən baxa bilər
# 11 oktyabr 2010 13:17 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov jurnalistlərə verdiyi açıqlamasında belə bir risqin olduğunu bildirib: «Biz bunun üzərində işləyirik. Ölkəyə həddən artıq əhəmiyyətli inflyasiya idxalı var. Bilirsiz ki, taxıl və onunla əlaqədar olan məhsulların qiymətləri artır».

Baş bankirin sözlərinə görə, qiymət artımı artıq bu ildən hiss olunmağa başlayıb: «Mövsümi deflyasiya dövrü artıq arxada qalıb. Statistika Komitəsinin sentyabr ayı üçün rəqəmlərini gözləyirik. Belə bir təhlükə olacağı təqdirdə, biz kredit və məzənnə siyasətinə baxa bilərik və bunun üzərində çalışırıq».

Xatırladaq ki, 2011-ci il dövlət büdcəsinin layihəsi zərfində Azərbaycanda ABŞ dollarının ortailik rəsmi məzənnəsi 0,8040 manat səviyyəsində nəzərdə tutulub. Lakin E.Rüstəmovun sözlərinə görə, ölkədəki ümumi makroiqtisadi situasiyadan asılı olaraq məzənnə dəyişə bilər: «Məzənnənin devalvasiyasından ümumiyyətlə söhbət getmir».

Bununla yanaşı, baş bankir bildirib ki, bütövlükdə ölkənin valyuta bazarında bu gün yüksək likvidlik müşahidə olunur. Bu ilin ilk 9 ayında Mərkəzi Bank bazardan 1 mlrd. dollara qədər valyuta alıb. Bu proses davam edir və ilin sonuna kimi həmin göstərici 2 mlrd. dollara çata bilər. Başqa sözlə, bazarda valyutanın təklifi tələbatdan əhəmiyyətli dərəcədə artıqdır: «Və biz bunu alıb sterilizasiya etməyə məcburuq ki, manatın məzənnəsi həddən artıq möhkəmlənməsin».

Qeyd edək ki, cari ilin əvvəlindən bu günədək manatın dollar qarşı rəsmi məzənnəsi 0,1% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR