Bank Of Baku

Elman Rüstəmov: «Azərbaycanda ipoteka kreditlərinə tələbat yüksəkdir»

Elman Rüstəmov: «Azərbaycanda ipoteka kreditlərinə tələbat yüksəkdir»
# 11 oktyabr 2010 13:56 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirib: «Amma insanların mənzilə olan fiziki tələbatını maliyyə cəhətdən əsaslandırılmış tələbatdan fərqləndirmək lazımdır».

Xatırladaq ki, 2011-ci il dövlət büdcəsinin layihəsində sosial ipoteka məqsədləri üçün 14 mln. manat nəzərdə tutulub.

E.Rüstəmov bildirib ki, sosial ipoteka üçün ayrılan vəsaitin həcmində ciddi artımın olmaması dövlət büdcəsinin konservativ ssenari üzrə hazırlanması ilə bağlıdır: «İpotekaya ayrılan məbləğ də bütövlükdə büdcənin artımı kontekstində müəyyənləşdirilib. Məncə, bu məntiqlidir. Çünki, əgər büdcə bir neçə faiz artırsa, sosial ipotekanın dəfələrlə artırılması düzgün deyil».

Kommersiya ipoteka kreditləri üçün vəsaitlər isə Bakı Fond Birjası vasitəsilə bazardan cəlb edilir. Şərtləri daha əlverişli olduğuna görə, sosial ipotekaya tələbatın xüsusilə böyük olduğunu bildirən E.Rüstəmov, kommersiya ipotekasının şərtlərinin ağır olması barədə fikirlərlə razılaşmayıb: «Mən o fikirlərlə razı deyiləm ki, kommersiya ipotekasının şərtləri həddən artıq ağırdır. Çünki onun faizləri mövcud bazar faizlərindən azı 2 dəfə aşağıdır».

İpoteka kreditlərinə olan tələbatın heç bir dövlətdə tam ödənilmədiyini xatırladan baş bankir əhalinin mənzilə olan tələbatı ilə maliyyə cəhətdən əsaslandırılmış tələbatı fərqləndirməyi vacib sayır: «Əhalinin mənzilə olan tələbatı heç SSRİ dövründə də tam ödənilmirdi, maliyyə cəhətdən əsaslandırılmış tələbat isə onun gəlirlərinin səviyyəsini və işinin sabitliyini əhatə edir».

E.Rüstəmov bildirib ki, maliyyə böhranının səbəblərindən biri də bu iki anlayışın bir-birindən fərqləndirilməməsi olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR