Bank Of Baku

İqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb

İqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb
# 11 oktyabr 2010 14:34 (UTC +04:00)
Bakı - APA-Economics. 2010-cu il üçün iqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb.

APA-Economics”in xəbərinə görə, mükafat üç iqtisadçı alimə verilib: Piter Daymond, Deyl Mortensen (ABŞ) və Kristofer Pissarides (London iqtisadiyyat məktəbi).

Onlar makroiqtisadiyyat sahəsindəki tədqiqatlarına görə mükafatlandırılıblar. Nobek mükafatının saytında yerləşdirilən açıqlamaya görə, adı çəkilən alimlərin tədqiqatları “Bazarda vakansiyalar çox olduğu halda, niyə bir çox insanlar işsiz qalır?” və “İqtisadiyyatın idarə olunması işsizliyə necə təsir edə bilər?” suallarına cavab verir.

Qeyd edək ki, 2010-cu ilin Nobel mükafatçıları 10 mln. İsveçrə kronu (1 mln. avro) alacaq. 1969-cu ildə Alfred Nobelin xatirəsinə təsis olunan mükafata İsveçrə Mərkəzi Bankı sponsorluq edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR