Bank Of Baku

«Qarant Sığorta» şirkəti yeni sığorta məhsullarının tətbiqinə hazırlaşır

«Qarant Sığorta» şirkəti yeni sığorta məhsullarının tətbiqinə hazırlaşır
# 11 oktyabr 2010 14:38 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Qarant Sığorta» şirkətinin faktiki daxilolmaları sığorta haqları üzrə nəzərdə tutulan yığımların 90%-ni təşkil edir, qalanı isə (10%) problemli müştərilərin payına düşür. «APA-Economics»in məlumatına görə, bunu şirkətin İdarə Heyətinin sədri Vaqif Həsənov bildirib.

V.Həsənovun sözlərinə görə, problemli müştərilər sırasında avtomobil sığortası növü üstünlük təşkil edir. «Ümumiyyətlə, yığımlardan başqa, sığorta məhsullarının satışı istənilən səviyyədə deyil. Bu ilin sonuna kimi «Qarant Sığorta» şirkəti tərəfindən 8 mln. manat həcmində sığorta haqqının yığılması nəzərdə tutulub. Hazırda toplanan daxilolmaların həcmi 4,209 mln. manat təşkil edir ki, bu da verilən proqnozun 53%-ni təşkil edir».

V.Həsənov bildirib ki, cari ilin sonuna kimi müştərilərin sayında ciddi dəyişiklik olarsa ilkin proqnoz 100% icra edilə bilər.

Şirkət rəhbəri həmçinin növbəti ildən başlayaraq bazara yeni sığorta məhsullarının çıxarılacağını qeyd edib: «Bu, xarici təcrübədən irəli gələn sığorta məhsulları olacaq».

Xatırladaq ki, təsisçisi «ZQAN Holding» Şirkətlər Qrupu olan «Qarant Sığorta» şirkəti 2007-ci ilin noyabr ayından fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 4 mln. manat təşkil edib. Hazırda şirkət 18 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR