Bank Of Baku

Azərbaycanda elektron ipoteka tətbiq olunacaq

Azərbaycanda elektron ipoteka tətbiq olunacaq
# 11 oktyabr 2010 14:45 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bildirib.

E.Rüstəmovun sözlərinə görə, hazırda Azərbaycan İpoteka Fondu elektron ipoteka layihəsi üzərində çalışır, bu sistemin tətbiqindən sonra ipoteka krediti almaq istəyənlərin müraciəti tamamilə elektron şəkildə, insan faktoru olmadan həyata keçiriləcək: «Vətəndaşlar birbaşa banklara və banklar vasitəsilə ipoteka fonduna müraciət edə biləcəklər».

Xatırladaq ki, hazırda ipoteka krediti almaq istəyənlər İpoteka Fondunun müvəkkil banklarına müraciət edir və kreditlər banklar tərəfindən verilir. İpoteka fondunda isə sənədlərin son baxılması və yoxlanması həyata keçirilir, prosesin qanunlara uyğunlduğu və krediti alanın maliyyə vəziyyəti araşdırılır.

Qeyd edək ki, qaydalara görə, ipoteka kreditinin alınması üçün 15-dək müxtəlif sənəd və arayış tələb olunur. Bura borcalanın gəlirlərini, iş yerini təsdiqləyən sənədlər də daxildir. İpoteka kreditləri 18 müvəkkil bank vasitəsilə verilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR