Bank Of Baku

«AIG Caspian» sığorta şirkətinin daxilolmaları sabit qalıb

«AIG Caspian» sığorta şirkətinin daxilolmaları sabit qalıb
# 12 oktyabr 2010 07:19 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «American International Group Caspian Insurance Company» (AIG Caspian Insurance) sığorta şirkətinin 2010-cu ilin yanvar-sentyabr aylarında topladığı sığorta haqlarının həcmi 1,416 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 0,4% artıb.

Şirkətin Maliyyə Departamentinin direktoru Elmar İslamın «APA-Economics»ə verdiyi məlumata görə, hesabat dövründə şirkətin sığorta riskləri üzrə ödənişlərinin həcmi 92,5% azalaraq 40,821 min manata çatıb.

E.İslamın sözlərinə görə, bu müddət ərzində ən çox sığorta haqqı «Əmlakın yanğından və digər risklərdən sığortası» (598,181 min manat), «Ümumi mülki məsuliyyətin sığortası» (440,629 min manat) və «Yanğından icbari sığorta» (240,773 min manat) növləri üzrə toplanıb. Bu növlərin ümumi daxilolmalarda xüsusi çəkisi müvafiq olaraq 42%, 31% və 17% təşkil edib.

Ödənişlərə gəldikdə isə, ən çox vəsait «İşçilərin dələduzluq hərəkətlərindən sığorta» (30,554 min manat və ya 75%) və «Fərdi qəza və xəstəliklər sığortası» (5,600 min manat və ya 14%) növləri üzrə ödənilib.

Xatırladaq ki, təsisçiləri yerli «Caravan Investment» şirkəti (51%) və ABŞ-ın «AIG Inc.» şirkəti (49%) olan «AIG Caspian» sığorta şirkəti Azərbaycanda 1999-cu ildən fəaliyyət göstərir. Cari il oktyabr ayının 1-i vəziyyətinə şirkətin nizamnamə kapitalı 3,5 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR