Bank Of Baku

Barak Obama Federal Ehtiyatlar Sisteminin rəhbərliyinə Nobel mükafatçısının namizədliyini irəli sürüb

Barak Obama Federal Ehtiyatlar Sisteminin rəhbərliyinə Nobel mükafatçısının namizədliyini irəli sürüb
# 12 oktyabr 2010 07:33 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ prezidenti Barak Obama dünən iqtisadiyyat üzrə Nobel mükafatına layiq görülən Piter Daymondun namizədliyini Federal Ehtiyatlar Sisteminin (FES) İdarəetmə Şurasının üzvlüyünə irəli sürüb.

APA-Economics”in “Associated Press”ə istinadən xəbərinə görə, B.Obama çıxışında P.Daymondun namizədliyinin ABŞ Senatı tərəfindən dəstəklənəcəyinə ümid etdiyini bildirib.

“Daymondun böyük təcrübəsi ölkə iqtisadiyyatının bərpasına xidmət etməlidir” - deyə prezident qeyd edib.

Qeyd edək ki, 2010-cu il üçün iqtisadiyyat üzrə Nobel mükafatı mükafat üç iqtisadçı alimə verilib: Piter Daymond, Deyl Mortensen (ABŞ) və Kristofer Pissarides (London iqtisadiyyat məktəbi). Onlar makroiqtisadiyyat sahəsindəki tədqiqatlarına görə mükafatlandırılıblar. Adı çəkilən alimlərin tədqiqatları “Bazarda vakansiyalar çox olduğu halda, niyə bir çox insanlar işsiz qalır?” və “İqtisadiyyatın idarə olunması işsizliyə necə təsir edə bilər?” suallarına cavab verir.

70 yaşlı P.Daymond Massaçusets Texnoloji İnstitutunda çalışır. Onun tələbələrindən biri FES-in hazırkı rəhbəri Ben Bernankedir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR