Bank Of Baku

Qızılın qiyməti yeni rekord həddə çatıb

Qızılın qiyməti yeni rekord həddə çatıb
# 12 oktyabr 2010 08:15 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, ümumilikdə, cari ilin əvvəlindən qızılın qiyməti 235,7 dollar və ya 21,1% bahalaşıb:




Göründüyü kimi, qiymət artımının kəskinləşməsi son iki ayda - avqustun əvvəlindən müşahidə olunur. Qızılın bahalaşmasının əsas səbəbi maliyyə bazarlarında qeyri-müəyyənlik, ABŞ və Avropa iqtisadiyyatlarında bərpa prosesinin arzuolunan kimi getməməsi, bir sıra makroiqtisadi göstəricilərin, o cümlədən məşğulluq, istehlak və digər sahələrdə inkişafın bərpa templərinin zəif olması və bu kimi amillər nəticəsində investorlar tərəfindən vəsaitlərin digər maliyyə alətləri ilə müqayisədə daha təhlükəsiz aktiv olan qızıla yönəltməsidir. Hətta, əgər cari ilin ilk yarısının sonuna kimi investorlar əsasən qızıl üzrə fyuçerslərin alınmasına diqqət yetirirdisə, ondan sonra fiziki qızıl bazarlarında da fəallıq kəskin artıb. Bunun nəticəsində qızılın qiyməti görünməmiş həddə çatıb.

Yaxın zamanlar üçün proqnozlara gəlincə demək olar ki, bir sıra mütəxəssislər qızılın qiymətinin ilin sonuna kimi 1,5 min dollara çatacağını istisna etmirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR