Bank Of Baku

Xanlar Zeynalov: «Azərbaycanda pul tələbi ilə bağlı məhkəmə qərarlarının icra səviyyəsi 80%-ə çatır»

Xanlar Zeynalov: «Azərbaycanda pul tələbi ilə bağlı məhkəmə qərarlarının icra səviyyəsi 80%-ə çatır»
# 12 oktyabr 2010 11:34 (UTC +04:00)
Bunun da təxminən 16-17%-i kredit borclarının tutulması məsələlərini əhatə edir. Bu barədə «APA-Economics»ə açıqlamasında İcra Baş İdarəsinin rəisi Xanlar Zeynalov məlumat verib.

Onun sözlərinə görə, pul tələbləri ilə bağlı icra sənədlərinin çox hissəsi kredit borcları, alimentlər, rabitə xidmətləri (telefon danışıqları), eləcə də kommunal xidmətlərdən istifadə haqlarının tutulması ilə bağlıdır. Bununla yanaşı, vergi və sosial sığorta borcları, inzibati cərimələr, əmək haqları, cinayət nəticəsində vurulmuş ziyanın, birdəfəlik və aylıq müavinətlərin və s. ödəmələrin tutulması ilə bağlı icra sənədləri də mövcuddur.

«Belə iddiaların ümumi məbləği on milyon manatlarla ölçülür. Tələb olunan ödəmələrin orta məbləği 18-20 min manat təkil edir, amma ayrı-ayrı işlər üzrə məbləğlər kəskin fərqlənir. Bəzi işlər üzrə tutulmalı məbləğ 2 manatdan 10 milyonlarla manatadək dəyişir. İcra sənədlərinin böyük hissəsi daha çox özəl sektorun – bank və kredit təşkilatlarının payına düşür. İşlərin 32,3%-ni aliment tələbləri, 13%-ni inzibati cərimələrlə bağlı icra sənədləri təşkil edir», - deyə İdarə rəisi vurğulayıb.

X.Zeynalov bildirib ki, pul tələbləri ilə bağlı iddia qaldıran dövlət təşkilatları arasında Vergilər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, habelə qazdan istifadə haqlarının yığılmasıyla bağlı yerli qaz istismarı, su-kanalizasiya, elektrik enerji satışı təşkilatları daha fəaldır.

İdarə rəisi bildirib ki, bu işlərin 77%-i, yəni pul və ya digər ödəmələr tələblərinə dair 50 minə yaxın icra sənədinin icrası təmin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR