Bank Of Baku

Nazir Şahin Mustafayev: «Azərbaycanın yeni sosial-iqtisadi inkişaf konsepsiyası dünya proqnozları və tendensiyalarına əsaslanır»

Nazir Şahin Mustafayev: «Azərbaycanın yeni sosial-iqtisadi inkişaf konsepsiyası dünya proqnozları və tendensiyalarına əsaslanır»
# 12 oktyabr 2010 11:57 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-ECONOMICS. Azərbaycanın 2010-2014-cü illər üzrə sosial-iqtisadi inkişaf konsepsiyasının hazırlanması zamanı dünyada iqtisadi proqnozlar, tendensiyalar və Azərbaycanın iqtisadi nailiyyətləri nəzərə alınıb. «APA-ECONOMICS»in məlumatına görə, bunu «Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında» qanun layihəsinin parlamentin plenar iclasında müzakirəsi zamanı iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib.

Qeyd edək ki, sözügedən konsepsiya büdcə zərfində əksini tapıb və sənədə ölkənin 2014-cü ilə qədər makroiqtisadi proqnozları daxil edilib.

Ş.Mustafayevin sözlərinə görə, gələn il Azərbaycanda inflyasiya 5%, dolların manata qarşı məzənnəsi 0,8040 manat səviyyəsində proqnozlaşdırılır. Həmçinin, üç ildən sonra neft hasilatının 62,4 mln. tona, yaxın 4 il ərzində məcmu qaz hasılatının 120 mlrd. kubmetrə çatdırılacağı gözlənilir. Ölkənin xarici ticarət dövriyyəsində artım gələn ildə 3,5% səviyyəsində nəzərdə tutulub.

Konsepsiyanın əsas məqamlarından biri kimi, qeyri-neft sektorunun inkişafının davam etdirilməsini vuğulayan nazir bildirib ki, bu sektorda iqtisadi artım gələn il 7,2% təşkil edəcək. Qızıl hasilatının 2014-cu ilədək 6 dəfə artacağı gözlənilir.

Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinə toxunaraq, Ş.Mustafayev qeyd edib ki, bu xətlə sahibkarlığa, o cümlədən prioretit sahələr üzrə maliyyə dəstəklənməsi siyasəti davam etdiriləcək. Xüsusən qeyd olunub ki, bu günədək Fond tərəfindən strateji məhsul hesab olunan taxılın saxlanması üçün 16 anbarın tikintisi layihəsi maliyyələşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR