Bank Of Baku

Azərbaycanda banka borcunu ödəməyənlərin ölkədən çıxmasına qadağa qoyulur

Azərbaycanda banka borcunu ödəməyənlərin ölkədən çıxmasına qadağa qoyulur
# 12 oktyabr 2010 12:44 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə açıqlamasında Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin rəisi Xanlar Zeynalov bildirib.

Qeyd edək ki, icra sahəsində qanunvericiliyin təkmilləşdirilməsi nəticəsində məhkəmə qərarlarını qərəzli olaraq icra etməyən şəxslər barədə məsuliyyət məsələsi sərtləşdirilib. Cinayət Məcəlləsinin bununla bağlı maddələri üzrə cəzalar ağırlaşdırılıb, eləcə də icra məmurlarının səlahiyyətləri genişləndirilib.

Baş İdarə rəisinin sözlərinə görə, icra məmurlarına verilən yeni səlahiyyətlərə əsasən, məhkəmə qərarlarını könüllü şəkildə icra etməyən borcluların ölkədən getmək hüququ məhdudlaşdırılır. Bu məhdudiyyət borclu şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etmədikdə, icra məmurlarının təqdimatı əsasında tətbiq olunur.

Bundan başqa, məhkəmə qərarlarının qəsdən icra olunmamasına görə cərimə cəzalarının məbləği fiziki şəxslər üçün 500-1000 manat və ya 10 günlük həbs, vəzifəli şəxslər üçün 1000-3000 manat, hüquqi şəxslər üçün isə 3000-5000 manata qədər artırılıb.

X.Zeynalov bildirib ki, artıq bu tədbirlərin praktikada istifadə olunmasına başlanılıb: «Bu da artıq öz nəticəsini verir, bir sıra məhkəmə qərarlarının icrasının təmin edilməsinə nail olunub».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR