Bank Of Baku

«Xalq Sığorta» şirkəti Səbail rayon İcra Hakimiyyətini məhkəməyə verib

«Xalq Sığorta» şirkəti Səbail rayon İcra Hakimiyyətini məhkəməyə verib
# 12 oktyabr 2010 13:53 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Xalq Sığorta» şirkəti Səbail rayon İcra Hakimiyyətini məhkəməyə verib.

1 saylı Bakı Yerli İqtisad Məhkəməsindən «APA-Economics»ə verilən məlumata görə, iddianın əsas mahiyyəti Səbail rayon İcra Hakimiyyəti tərəfindən zərərin ödənilməsi ilə bağlıdır.

Məhkəmənin hakimi Müseyib Bayramovun «APA-Economics»ə bildirdiyinə görə, bu gün keçirilən məhkəmə iclasında sığorta şirkətinin nümayəndələri Səbail rayon İcra Hakimiyyəti tərəfindən 1,533 mln. manat həcmində ziyanın, həmçinin 20 manat həcmində dövlət rüsumunun ödənilməsini tələb ediblər.

M.Bayramov növbəti məhkəmə iclasının noyabrın 3-də keçiriləcəyini bildirib.

Qeyd edək ki, «Xalq Sığorta» şirkətinin baş hüquqşünası Mətanət Nərimanlı ziyanın mahiyyəti ilə bağlı məlumat verməkdən imtina edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR