Bank Of Baku

Sabah «Qala Sığorta» yeni səhm emissiyasının yerləşdirilməsinə başlayır

Sabah «Qala Sığorta» yeni səhm emissiyasının yerləşdirilməsinə başlayır
# 13 oktyabr 2010 06:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin oktyabrın 14-dən etibarən Bakı Fond Birjasında (BFB) Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində qeydiyyatdan keçmiş «Qala Sığorta» ASC-nin səhmlərinin yerləşdirilməsinə başlanacaq.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 1 000 manat, sayı 2 500 ədəd, emissiyanın ümumi həcmi isə 2,5 mln. manat təşkil edir. Səhmlərin yerləşdirilməsində anderrayter rolunda «Caspian Financial» MMC çıxış edəcək. Yerləşdirmə uğurla başa çatacağı təqdirdə «Qala Sığorta»nın nizamnamə kapitalı 3,5 dəfə artaraq 3,5 mln. manata çatacaq.

Qeyd edək ki, «Qala Sığorta» şirkətinə Maliyyə Nazirliyi tərəfindən müddətsiz lisenziya 2008-ci ilin iyul ayının 31-də verilib. Şirkətin təsisçiləri rolunda «AzRe» təkrarsığorta şirkəti (60%) və 1 fiziki şəxs (40%) çıxış edir. Cari ilin yanvar ayının 1-nə şirkətin nizamnamə kapitalı 1 mln. manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR