Bank Of Baku

«Turanbank»ın aktivləri son bir ildə 26% artıb

«Turanbank»ın aktivləri son bir ildə 26% artıb
# 13 oktyabr 2010 08:00 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Turanbank» ASC-nin aktivlərinin həcmi 2010-cu il oktyabr ayının 1-nə 127,5 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 26% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 35,6% artaraq 95,5 mln. manat, depozit portfeli 53,8% artaraq 45,4 mln. manata çatıb. Depozit portfelinin strukturunda əhalinin müddətli əmanətləri isə 60,9% artaraq 28,9 mln. manat təşkil edib.

Hesabat dövründə bankın məcmu kapitalı 8,3% artaraq 22 mln. manata, o cümlədən bankın nizamnamə kapitalı yenidən kapitallaşma prosesi nəticəsində 18,5 mln. manata çatdırılıb.

Qeyd edək ki, son bir il ərzində bankın gəlirləri 28,4% artaraq 11,3 mln. manat olub.

Xatırladaq ki, təsisçisi 5 hüquqi (21,65%) və 20 fiziki şəxs olan (78,35%) «Turanbank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 11 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR