Bank Of Baku

Azərbaycan banklarında «işləməyən» vəsaitlərin həcmi azalıb

Azərbaycan banklarında «işləməyən» vəsaitlərin həcmi azalıb
# 13 oktyabr 2010 08:46 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının müxbir hesablarında olan vəsaitlərin həcmi 2010-cu il sentyabr ayının 1-nə 750,8 mln. manat təşkil edib ki, bu da ilin əvvəlindən 93,8 mln. manat və ya 11,1% azdır. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, eyni zamanda banklardakı nağd vəsaitlərin həcmi ilin əvvəlindən 19,6 mln. manat və ya 4,2% azalaraq 446,6 mln. manata düşüb.

Qeyd edək ki, müxbir hesabları və nağd vəsaitlər bankların «işləməyən» vəsaitləri hesab olunur, çünki onlar banklara gəlir gətirmir. Onların saxlanmasının əsas məqsədi cari likvidliyin təmin edilməsidir və bu vəsaitlərin optimal səviyyəsinin müəyyən edilməsi bankların likvidliyin idarə edilməsi üzrə bölmələr tərəfindən aparılır. Nəticədə, həmin vəsaitlərin məcmu həcminin ümumi aktivlərin tərkibində xüsusi çəkisi 10%-ə bərabərdir ki, bu da məqbul səviyyə hesab oluna bilər.

Eyni zamanda, cari ilin əvvəlindən aktivlərin digər tərkib hissəsi olan «Digər aktivlər»in həcmi 150,8 mln. manat və ya 15,8% artaraq 1,106 mlrd. manata çatıb. Bu da birbaşa gəlir gətirən aktivlər olmasa da, əsas vəsaitlər kimi dolayısı ilə banka gəlir qazandırır.

Qeyd edək ki, ilin əvvəlindən banklara birbaşa gəlir gətirən aktivlərin həcmi isə artıb. Belə ki, kreditlərin həcmi 308,2 mln. manat və ya 3,9% artaraq 8 271,8 mln. manat, investisiyaların həcmi 67,2 mln. manat və ya 8% artaraq 903,3 mln. manata çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR