Bank Of Baku

Bakıda «Royal Bank»ın təşkilatçılığı ilə İT üzrə pulsuz treninq keçirilir

Bakıda «Royal Bank»ın təşkilatçılığı ilə İT üzrə pulsuz treninq keçirilir
# 13 oktyabr 2010 10:16 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gündən Bakıda «Royal Bank» ASC0nin təşkilatçılığı ilə «Risklərin idarə edilməsi və qaydalar» mövzusunda yerli bankların və informasiya texnologiyaları üzrə ixtisaslaşmış müəssisələrin iştirakı ilə beynəlxalq treninq başlayıb. Bunu «APA-Economics»ə açıqlamasında bankın İdarə Heyətinin sədr müavini Fərid Həsənov bildirib.

F.Həsənovun sözlərinə görə, oktyabrın 15-dək davam edəcək treninq Ukrayna informasiya texnologiyaları üzrə ixtisaslaşmış «BMS Consulting» şirkəti və «Qualy’s GmbH.» təhlükəsizlik korporasiyası ilə əməkdaşlıq çərçivəsində keçirilir. Treninqi almaniyalı beynəlxalq statuslu mütəxəssis Edvinas Pranculis aparır.

F.Həsənov bildirib ki, treninqdə iştirak pulsuzdur və sonda iştirakçılar test imtahanı verərək beynəlxalq sertifikat almaq imkanı əldə edəcəklər: «Royal Bank» bundan sonra da bu cür tədbirlərin təşkilini davam etdirmək niyyətindəyik».

Xatırladaq ki, təsisçisi ABŞ vətəndaşı olan «Royal Bank» ASC 1993-cü ildə Azərbaycanda «OZ Bank» kimi yaradılıb. Bankın ölkə üzrə 31 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR