Bank Of Baku

Azərbaycanda özəl pensiya fondlarının fəaliyyəti üçün qanunevricilik bazası yaradılacaq

Azərbaycanda özəl pensiya fondlarının fəaliyyəti üçün qanunevricilik bazası yaradılacaq
# 13 oktyabr 2010 12:33 (UTC +04:00)
Bu təbirlərdən biri özəl pensiya fondlarının fəaliyyəti ilə bağlı qanunvericilik bazasının hazırlanması məsələsidir. «APA-Economics»in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bildirib.

Bununla yanaşı, S.Müslümov özəl pensiya fondlarının riskli sahə olduğunu bildirib: «Maliyyə böhranı və hətta Almaniya təcrübəsi göstərdi ki, böhran nəticəsində belə fondlar böyük itkilərə məruz qalıb, ona görə də Azərbaycanda bu institutların olmaması bəlkə də müsbət haldır ki, belə itkilər baş verməyib».

Eyni zamanda DSMF sədri etiraf edib ki, özəl pensiya fondlarının fəaliyyəti pensiyaların artırılmasına və vətəndaşların bir neçə yerdən pensiya alması nəticəsində pensiya təminatının yaxşılaşdırılmasına imkan verir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR