Bank Of Baku

Azərbaycan parlamenti «Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il büdcəsi haqqında» qanun layihəsinin müzakirəsinə başlayıb

Azərbaycan parlamenti «Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il büdcəsi haqqında» qanun layihəsinin müzakirəsinə başlayıb
# 13 oktyabr 2010 12:51 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, qanun layihəsini təqdim edən Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, qlobal maliyyə böhranının davam etdiyi əksər ölkələrdə sosial göstəricilərin aşağı düşdüyü bir şəraitdə 2010-cu ilin yanvar-avqust aylarında Azərbaycanda əhalinin pul gəlirləri keçən ilin müvafiq dövrü ilə müqayisədə 10,2%, adambaşına düşən gəlirlər 9,8%, orta aylıq əmək haqqı 5,7%, əmək pensiyasının orta aylıq məbləği isə 11,1% artıb. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsinin əhalinin sosial şəraitinin yaxşılaşdırılmasına yönəldiyini qeyd edən komitə sədri bildirib ki, fondun 2011-ci il büdcəsinin gəlir və xərclərin 1 970,540 mln. manat təşkil edəcəyi proqnozlaşdırılır.
Daha sonra DSMF sədri Səlim Müslümov büdcənin parametrləri barədə məlumat verib. Fond sədri bildirib ki, cari ilin 9 ayında DSMF-nin gəlirləri 1 275 mln. manat, o cümlədən sosial sğorta haqqları 777 mln. manat, dövlət büdcəsindən transfer 497 mln. manat və sair gəlirləri 1,3 mln. manat təşkil edib. Hesabat dövründə DSMF-nin xərcləri 1 267 mln. manat olub ki, bu da ötən illə müqayisədə 4,8% çoxdur.
«Fondun gələn il üçün büdcəsi haqqında qanun layihəsi gəlir və xərcləri balanslaşdırılmış büdcəni nəzərdə tutur və burada gəlir və xərclərin 1 970,540 mln. manat təşkil edəcəyi proqnozlaşdırılır ki, bu da cari illə müqayisədə 12,1% və ya 213,3 mln. manat çoxdur. Əhaliyə ödənişlər bütün xərclərin 97,3%-i qədər, yəni 1 917,7 mln. manat təşkil edəcək. Əhaliyə ödənişlərin mütləq həcmi cari illə müqayisədə 229,4 mln. manat və ya 13,6% artacaq. Həm də bu ödənişlərin bütün xərclərdəki xüsusi çəkisi 1,2 faiz bəndi yüksələcək ki, bu da əhaliyə ödənişlərin həcminin artım sürətini, büdcənin bütün xərclərinin artım sürətini üstələməsinin nəticəsidir», - deyə S.Müslümov vurğulayıb.
Fond rəhbəri qeyd edib ki, növbəti ilin büdcəsində əhaliyə ödənişlərin 1 853 mln. manatını və ya 96,6%-ni pensiya xərcləri, 64,6 mln. manatını və ya 3,4%-ni isə müavinət xərcləri təşkil edir. Pensiya xərcləri cari illə müqayisədə 13,4% və ya 190,6 mln. manat çox pronozlaşdırılır. Müavinət xərcləri isə 10,2 mln. manat və ya 18,7% artacaq. Pensiya xərclərinin 71%-ni pensiyaların baza hissəsi, 29%-ni sığorta hissəsinin ödənişi üzrə xərclər təşkil edəcək. Pensiyaların baza hissəsi üzrə xərclər cari ilə nisbətən 178 mln. manat, sığorta hissəsi üzrə xərclər isə 41 mln. manat artacaq. Baza hissəsinin artımının sığorta hissəsinin artımını üstələməsi ümumi pensiya xərclərində baza hissəsinin xüsusi çəkisinin 1,3 faiz bəndi artmasına səbəb olacaq.
S.Müslümov bildirib ki, pensiyaların baza hissəsinin hesablanması zamanı bunlar əsas götürülüb: 2011-ci ildə əmək pensiyaçılarının sayının dəyişməyəcəyi, yəni sistemdən çıxan və sistemə daxil olan şəxslərin sayının təqribən bərabər olacağı və pensiyaçıların orta illik sayının 1,308 mln. nəfər təşkil edəcəyi nəzərdə tutulur. Bu şəxslərdən 1,168 mln. nəfərinin pensiyasının baza hissəsi 100%, 15,900 min nəfəri 120%, 7,650 min nəfəri 200%, 28,860 min nəfəri 55%, 87,860 min nəfərinin isə 50%-lə ödəniləcək.

«Ümumilikdə gələn il üçün əmək pensiyalarının orta aylıq məbləği 118 manat nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 14 manat və ya 13,4% çoxdur. Gələn il məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin proqnozu 64,5 mln. manat nəzərdə tutulub», - deyə DSMF başçısı vurğulayıb.
Çıxışdan sonra qanun layihəsi deputatların müzakirəsinə təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR