Bank Of Baku

Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasına yeni sədr seçilib

Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasına yeni sədr seçilib
# 13 oktyabr 2010 13:05 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təsisçilərinin növbəti iclasında qurumun Müşahidə Şurasına yeni sədr seçilib.
ASA-dan «APA-Economics»ə verilən məlumata görə, iclas zamanı assosiasiyanın həyata keçirdiyi bir neçə mühüm uzunmüddətli layihələrin icrasının A.Əliyev tərəfindən yerinə yetirilməsi daha məqsədəuyğun hesab edilib. Yuxarıda sadalananları nəzərə alaraq qurumun sədri vəzifəsinə digər namizədlər könüllü olaraq növbəti illər üçün ASA-nın Müşahidə Şurasının sədri olmaq hüquqlarından A.Əliyevin xeyrinə imtina etdiklərini elan edib və bununla da A.Əliyevin növbəti 2 ilə Müşahidə Şurasının sədri vəzifəsinə seçilməsini təklif ediblər.
Verilən təklif ASA-nın təsisçilərinin ümumi yığıncağında yekdilliklə qəbul edilib və A.Əliyev növbəti iki il müddətinə assosiasiyanın sədri seçilib.
Qeyd edək ki, 27 təsisçinin qatıldığı yığıncağın gündəliyinə 5 əsas məsələ - təsisçilər tərəfindən ASA-nın 2010-cu ilin yanvar-sentyabr aylarında gördüyü işlərin hesabatı, 2009-cu ilin IV rübündən qalan borcların 2010-cu ilin büdcəsindən ödənilməsinə dair maliyyə hesabatları, 2010-cu ilin maliyyə hesabatları, 2010-cu ilə qədər sığortaçıların ASA-ya olan borcları, həmçinin ASA-nın yeni sədrinin seçilməsi məsələsi daxil edilib.
Xatırladaq ki, ASA-nın Direktorlar Şurasının iclası iki ildən bir keçirilir. İclasda üzv təşkilatların rəhbər işçilərindən bir nəfər ASA-nın Müşahidə Şurasının sədri seçilir. A.Əliyev ASA-nın Müşahidə Şurasının sədri olmaqla yanaşı «Atəşgah» sığorta şirkəti İdarə Heyətinin sədridir.
ASA 2006-cı ilin dekabrında yaradılıb və hazırda quruma 27 sığorta şirkəti üzvdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR