Bank Of Baku

Almaniyada milyarderlərin sayı 100-ü keçib

Almaniyada milyarderlərin sayı 100-ü keçib
# 13 oktyabr 2010 13:48 (UTC +04:00)
Bakı - APA-Economics. Almaniyada sərvətinin dəyəri 1 mlrd. avronu ötən şəxslərin sayı artaraq 99-dan 103-ə çatıb.

APA-Economics”in AFP-yə istinadən xəbərinə görə, Almaniyanın 100 zəngin ailəsinin məcmu varidatının həcmi 0,6% artıb. 287,35 mlrd. avroluq məcmu varidat builki federal büdcənin (320 mlrd. avro) 90%-nə bərabərdir.

Almaniya milyarderlərinin siyahısına “Aldi-Sued” endirimli mağazalarının cənub şəbəkəsinin sahibi Karl Albrext başçılıq edir. Onun sərvəti 17,1 mlrd. avro həcmində qiymətləndirilir.

İkinci yerdə Karl Albrextin bu il vəfat edən qardaşı, “Aldi-Nord” endirimli mağazalarının cənub şəbəkəsinin sahibi Teo Albrext gəlir - 16 mlrd. avro.

“Lidl” supermarketlərinin banisi Diter Şvartsın sərvəti 10,5 mlrd. avroya çatır. Almaniyanın ən varlı qadını isə BMW-nin əsas səhmdarlarından biri olan Suzanna Klattendir - 7,75 mlrd. avro.

Bu il ən çox zərərə uğrayanlar isə Teo Albrextin varisləri (750 mln. avro), Porşe ailəsi (500 mln. avro) və eyni adlı kosmetik mağazalar şəbəkəsinin sahibi Şleker ailəsidir (450 mln. avro).
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR