Bank Of Baku

«Azərbaycan Sənaye Sığorta» şirkətinin daxilolmaları son bir ildə 27% artıb

«Azərbaycan Sənaye Sığorta» şirkətinin daxilolmaları son bir ildə 27% artıb
# 14 oktyabr 2010 06:59 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azərbaycan Sənaye Sığorta» şirkətinin 2010-cu ilin yanvar-sentyabr aylarında topladığı sığorta haqlarının həcmi 3,961 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 27,4% çoxdur.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə şirkətin sığorta riskləri üzrə ödənişlərinin həcmi 2 dəfə artaraq 1,045 mln. manat təşkil edib.

Bu müddət ərzində şirkətin könüllü sığorta növləri üzrə topladığı haqların həcmi 3,567 mln. manat, icbari sığorta növləri üzrə isə 394,238 min manat təşkil edib.

Daxilolmaların strukturunda 1,990 mln. manat «Yüklərin (nəqliyyat) sığortası», 517,453 min manat «Tibbi Sığorta», 387,484 min manat «Əmlakın yanğından və digər risklərdən sığortası» növlərinin payına düşüb. Bu növlərin məcmu sığorta haqlarındakı payı müvafiq olaraq 50%, 13% və 9,8% təşkil edib.

Ödənişlərdə isə könüllü sığorta növləri üzrə 1,041 mln. manat, icbari sığorta növləri üzrə 4,230 min manat həcmində vəsait ödənilib. Daha çox vəsait «Yüklərin (nəqliyyat) sığortası» (692,818 min manat və ya 66%), «Tibbi sığorta» (204,736 min manat və ya 20%) və «Avtonəqliyyat vasitələrinin sığortası» (99,978 min manat və ya 9,6%) növləri üzrə ödənilib.

Xatırladaq ki, təsisçisi «Azərbaycan Sənaye Bankı» olan «Azərbaycan Sənaye Sığorta» şirkəti 1996-cı ildən fəaliyyət göstərir. Yaxın vaxtlara kimi şirkət «Capital İnvestment Insurance» («CI Insurance») brendi ilə tanınıb. Cari ilin oktyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 4 mln. manat təşkil edib. Hazırda şirkət 22 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR