Bank Of Baku

Azərbaycan Milli Depozit Mərkəzində qeydə alınan əqdlərin sayı sentyabrda kəskin azalıb

Azərbaycan Milli Depozit Mərkəzində qeydə alınan əqdlərin sayı sentyabrda kəskin azalıb
# 14 oktyabr 2010 09:19 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin sentyabr ayında Azərbaycan Milli Depozit Mərkəzində (MDM) 407 ədəd əqd qeydə alınıb ki, bu da avqust ayı ilə müqayisədə 2,2 dəfə azdır.

MDM-dən «APA-Economics»ə verilən məlumata görə, sentyabrda MDM-də 388 ədəd birja əqdləri, 7 ədəd birjadankənar əqdlər və 12 əlavə emissiya əqdləri qeydiyyata alınıb. Avqust ayı ilə müqayisədə birja əqdlərinin sayı 2,3 dəfə, əlavə olunmuş emissiya üzrə əqdlərin sayı 2 dəfə azalıb, birjadankənar əqdlərin sayı isə dəyişməz olaraq qalıb.

Qeyd edək ki, MDM 1997-ci ilin sentyabr ayının 18-də qapalı tipli səhmdar cəmiyyəti formasında fəaliyyətə başlayıb. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) 1999-cu ildə fəaliyyətə başlanmasından sonra həmən ilin sentyabr ayının 8-də MDM yenidən təsis olunub. Bu tarixdən etibarən MDM-in təsisçisi və bütün səhmlərinin mülkiyyətçisi kimi QKDK çıxış edir. MDM-in əsas fəaliyyəti depozitar və reyestrsaxlayıcı xidmətlərinin göstərilməsi, o cümlədən, qiymətli kağız sahiblərinin hüquqlarının uçotu və səhmdar cəmiyyətlərinin səhmdarlarının reyestrinin saxlanılması və aparılmasından ibarətdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR