Bank Of Baku

Azərbaycanda plastik kartlarla aparılan əməliyyatların yalnız 6%-i POS-terminallar vasitəsilə həyata keçirilir

Azərbaycanda plastik kartlarla aparılan əməliyyatların yalnız 6%-i POS-terminallar vasitəsilə həyata keçirilir
# 14 oktyabr 2010 09:48 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan ərazisində plastik bank kartları ilə aparılan əməliyyatların həcmi 2010-cu ilin yanvar-avqust ayları üzrə 3 602 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8% çoxdur.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstəricinin 3 393 mln. manatı və ya 94,2%-i debet plastik kartları, qalanı isə kredit kartlarının payına düşür.

Eyni zamanda, plastik kartlarla əməliyyatların əksəriyyəti bankomatlar vasitəsi ilə həyata keçirilib. Belə ki, bankomat vasitəsi ilə həyata keçirilmiş əməliyyatların məcmu həcmi 3 383 mln. manat təşkil edib ki, bu da ümumi həcmin 94%-nə bərabərdir. Beləliklə, Azərbaycanda plastik kartlarla əməliyyatların (həcm baxımından) yalnız 6%-i POS-terminal vasitəsi ilə hesablaşmalar üçün istifadə olunur. Əməliyyatların qalan hissəsi isə bankomatlar vasitəsi ilə əsasən kart hesablarında olan vəsaitlərin nağdlaşdırılmasına yönəldilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR