Bank Of Baku

«MBASK» sığorta şirkəti yaxın vaxtlarda brendini dəyişəcək

«MBASK» sığorta şirkəti yaxın vaxtlarda brendini dəyişəcək
# 14 oktyabr 2010 11:10 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «MBASK» sığorta şirkəti yaxın vaxtlarda rebrendinq həyata keçirmək niyyətindədir. «APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında şirkətin Müşahidə Şurasının sədri Eldar Qəribov bildirib.

Qeyd edək ki, «AXA Seguros Generales» şirkəti «MBASK»ın nizamnamə kapitalında 51% iştirak payı alıb.

E.Qəribovun sözlərinə görə, bununla əlaqədar yaxın günlərdə şirkətin Müşahidə Şurasının iclası keçiriləcək və toplantıda şirkət üçün yeni adın seçilməsi ilə bağlı müzakirələr aparılacaq: «Şirkətin adı «AXA MBASK» və ya digər adla əvəzlənə bilər».

E.Qəribov qeyd edib ki, Şuranın iclasında şirkətin Müşahidə Şurasına «AXA Group» tərəfindən 3, Azərbaycan tərəfdən isə 2 nümayəndənin seçilməsi planlaşdırılır. Bununla yanaşı, şirkətin İdarə Heyətində də dəyişikliklər ediləcək. Belə ki, şirkətin İdarə Heyətinin sədri və maliyyə direktoru vəzifəsinə Türkiyədən dəvət olunmuş mütəxəssislər təyin ediləcək.

Xatırladaq ki, «MBASK» sığorta şirkəti 1992-ci ildən fəaliyyət göstərir. Şirkətin səhmdarları sırasında Fransanın «AXA Group» şirkətinin törəmə qurumu olan «AXA Seguros Generales» (51%) və Eldar Qəribov (49%) çıxış edir. Cari ilin oktyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 5,730 mln. manat təşkil edir. Hazırda şirkət 29 sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR