Bank Of Baku

Azərbaycan əhalisinin pul gəlirləri bu il 13% artacaq

Azərbaycan əhalisinin pul gəlirləri bu il 13% artacaq
# 14 oktyabr 2010 11:22 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda əhalinin pul gəlirlərinin 2010-cu ilin yekunlarına görə 26 613,5 mln. manata çatacağı gözlənilir ki, bu da ötən ilin göstəricisindən 13,2% çoxdur. «APA-Economics»in məlumatına görə, ölkə hökumətinin proqnozlarına əsasən, əhalinin xərcləri bu il 20 852 mln. manat həcmində olacaq ki, bu da ötən ilin göstəricisindən 13,2% çoxdur. Beləliklə, ilin yekununda əhalinin sərəncamında qalan vəsaitlərin həcmi illik müqayisədə 18,8% artaraq 5 761,5 mln. manat səviyyəsində proqnozlaşdırılır.

Ümumiyyətlə, gələn illər ərzində Azərbaycan əhalisinin həm gəlirləri, həm də xərcləri üzrə artım dinamikası gözlənilir:




Qeyd edək ki, əhalinin sərəncamında qalan vəsaitlərin bir hissəsi məcburi və könüllü ödəmələrə yönəldilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR