Bank Of Baku

«AXA Group» sığorta şirkəti «erməni soyqırımı» ilə bağlı kompensiyanın ödənilməsi məsələsinə aydınlıq gətirib

«AXA Group» sığorta şirkəti «erməni soyqırımı» ilə bağlı kompensiyanın ödənilməsi məsələsinə aydınlıq gətirib
# 14 oktyabr 2010 12:03 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Bakıda səfərdə olan «AXA MedLa Region» (Aralıq Dənizi və Latın Amerikası regionu) şirkətinin yeni bazarların inkişafı üzrə direktoru Frederik Fleju bildirib.

F. Flejunun sözlərinə görə, «AXA Group» tərəfindən kompensasiyanın ödənilməsi 2005-ci ildə həyata keçirilib. «Bu sırf hüquqi qərar idi və biz keçmişdə olmuş hadisə ilə bağlı şərh vermək niyyətində deyilik», - deyə F.Fleju bildirib.

Qeyd edək ki, «AXA Group» 7 min erməniyə ümumilikdə 12,7 mln. avro həcmində təzminat ödəyib. «AXA Group»un təzminat ödəməyə məhkum edilməsinin səbəbinə gəlincə, bütün dünyada tanınan bu şirkət 1996-cı ildə Fransada başqa bir sığorta şirkəti olan «UAP»dan həyat sığortası şəhadətnamələrini satın alıb. 1922-ci ildə qurulan «UAP» həmin vaxtda ermənilərin soyqırımla bağlı tələblərini qəbul edib. Bu səbəbdən şəhadətnamələri satın alan «AXA Group» avtomatik olaraq, ermənilərə təzminat ödəmək məcburiyyətində qalıb. Ancaq şirkət əvvəlcə bu məsələyə ciddi yanaşmayıb. ABŞ-ın Kaliforniya ştatında yaşayan, «AXA Group»un mövqeyindən narahat olan və özünü qondarma «erməni soyqırımı»nın varisi elan edən bir qrup erməni şirkəti məhkəməyə verib. Nəticədə, 2005-ci ildə ermənilərin iddiasına baxılıb və onların lehinə qərar çıxarılıb.

Qeyd edək ki, «AXA Group» şirkəti daha əvvəl II Dünya Müharibəsində soyqırıma məruz qalmış yəhudi ailələrinə də təzminat ödəyib.

Xatırladaq ki, «AXA Group» şirkəti Azərbaycanın «MBASK» sığorta şirkətinin nizamnamə kapitalında 51%-lik iştirak payı alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR