Bank Of Baku

«Azərbaycan Sənaye Bankı» «Azerfon-Vodafone» və «Nar Mobile» üzrə ödənişlərin qəbuluna başlayıb

«Azərbaycan Sənaye Bankı» «Azerfon-Vodafone» və «Nar Mobile» üzrə ödənişlərin qəbuluna başlayıb
# 14 oktyabr 2010 13:09 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. «Azərbaycan Sənaye Bankı» ASC «Silverkey» Azərbaycan şirkəti ilə yaradılan əməkdaşlıq əsasında bankın bütün filiallarında «Azerfon-Vodafone» və «Narmobile» xidmətləri üzrə ödənişlərin qəbuluna başlayıb.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hazırda bankın filiallarında «Azercell», «Bakcell», «Azəriqaz», «Azərsu», «Bakıelektikşəbəkə» xidmətləri üzrə ödənişlər qəbul edilir.
Xatırladaq ki, xidmət ödənişlərini filiallardan başqa, ASB-nin internet saytı (www.asb.az) üzərindən on-line olaraq da ödəmək mümkündür. Ödənişin təsdiqi ödəniş əməliyyatı bitdikdən sonra avtomatik olaraq ekranda göstərilir, lazım olduğu halda isə ödəniş qəbzini çap etmə imkanı da vardır.
ASB 1996-cı ildə «CI Bank» ASC kimi fəaliyyətə başlayıb və 2006-cı ilin sonunda brendini dəyişib. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 111,9 mln. manat, depozit portfeli 79,7 mln. manat, kredit portfeli 74 mln. manat, məcmu kapitalı 26 mln. manat, o cümlədən nizamnamə kapitalı 22,1 mln. manat təşkil edib. Bankın ölkə üzrə 8 filialı, 23 bankomatı və 249 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR