Ümumiyyətlə, növbəti illər ərzində Azərbaycan iqtisadiyyatına yönəldiləcək investisiyalar üzrə artım dinamikası gözlənilir:
Göründüyü kimi, 2011-ci ildən sonra investisiyaların artım templərində müəyyən dərəcədə azalma gözlənilir, hətta daxili investisiyalarda ümumiyyətlə azalma proqnozlaşdırılır.
Daxili investisiyaların xarici investisiyaları üstələməsi prosesi son illər müşahidə olunmağa başlayıb ki, bunun da əsas səbəbi Azərbaycanın dövlət büdcəsində əsaslı təmir, infrastrukturun təkmilləşdirilməsi, sənaye layihələrinin maliyyələşdirilməsi kimi sosial-iqtisadi baxımdan əhəmiyyətli istiqamətlərə vəsaitlərin ayrılmasının kəskin artırılması ilə bağlıdır.