Bank Of Baku

«Rabitəbank»ın aktivləri son bir ildə 36% artıb

«Rabitəbank»ın aktivləri son bir ildə 36% artıb
# 15 oktyabr 2010 10:38 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Econmics. Azərbaycanın «Rabitəbank» ASC-nin aktivlərinin həcmi 2010-cu il oktyabr ayının 1-nə 116,876 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin oktyabrın 1-nə olan göstəricidən 36% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 4,8% azalaraq 63,805 mln. manat, o cümlədən əhalinin əmanətləri 54,421 mln. manat olub. Eyni zamanda, bankın kredit portfeli 32% artaraq 80,827 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 22,3% artaraq 23,312 mln. manata çatıb.

Bu müddət ərzində bankın məcmu kapitalı 2,3% azalaraq 13,116 mln. manat, o cümlədən nizamnamə kapitalı 10,3% artaraq 10,103 mln. manat təşkil edib.

Qeyd edək ki, son bir il ərzində bankın ümumi gəlirləri 1,4% artaraq 10,894 mln. manat, xərcləri isə 7,2% artaraq 10,938 mln. manat olub. Nəticədə, bankın zərəri 43,790 min manat olub. Ötən ilin yanvar-sentyabr aylarında isə bankın mənfəəti 538 min manat təşkil edib.

Bundan başqa, bu müddət ərzində bankın işçilərinin sayı 1,5% artaraq 330 nəfərə, orta aylıq əmək haqqı isə 28,5% azalaraq 500 manat olub.

Xatırladaq ki, «Rabitəbank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə bankın 35 404 müştərisi, 7 138 aktiv plastik kartı, 20 filialı, 27 bankomatı və 129 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR