Bank Of Baku

«Deka Bank»ın depozit portfeli son bir ildə 23% artıb

«Deka Bank»ın depozit portfeli son bir ildə 23% artıb
# 15 oktyabr 2010 10:55 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Deka Bank» ASC-nin aktivlərinin həcmi 2010-cu il oktyabr ayının 1-nə 36,376 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin oktyabrın 1-nə olan göstəriciyə nisbətən 14,3% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 22,7% artaraq 10,573 mln. manat, o cümlədən əhalinin əmanətləri 9,572 mln. manat olub. Həmçinin, bankın kredit portfeli 4,4% artaraq 27,599 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 26% artaraq 11,868 mln. manat olub.

Hesabat dövründə bankın məcmu kapitalı 20% artaraq 14,451 mln. manat, o cümlədən nizamnamə kapitalı 30% artaraq 12,439 mln. manat təşkil edib.

Qeyd edək ki, son bir ildə bankın ümumi gəlirləri 7% azalaraq 3,776 mln. manat, xərcləri isə 9,1% artaraq 2,131 mln. manat olub. Nəticədə, bankın mənfəəti son bir il ərzində 22% azalaraq 1,644 mln. manat təşkil edib.

Xatırladaq ki, «Deka Bank» 1992-cu ildə fəaliyyətə başlayıb. Cari ilin oktyabr ayının 1-nə bankın 7 filialı, 1 bankomatı və 16 POS-terminalı və 86 işçisi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR