Bank Of Baku

Amerikalı iqtisadçı alim Edvard Merkel: «Dolların yerini avro tutacaq» - EKSKLÜZİV

Amerikalı iqtisadçı alim Edvard Merkel: «Dolların yerini avro tutacaq» - <font color=red>EKSKLÜZİV</font>
# 15 oktyabr 2010 12:03 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə açıqlamasında ABŞ-ın Troy Universitetinin iqtisadçı professoru Edvard Merkel bildirib.

E.Merkelin fikrincə, bunun bir neçə səbəbi var: «Əvvəla ABŞ rəhbərliyinin iqtisadi aktivliyi artırmaq üçün iqtisadiyyata buraxdığı pullar ilk növbədə inflyasiyaya səbəb olacaq. İkinci məsələ dövlət istiqrazlarının emissiyası ilə bağlıdır. İndi dövlət bu istiqrazları satır və bunun qarşılığında borc alıb antiböhran tədbirlərini maliyyələşdirir. Lakin bu prosesin bundan sonra da davam etməsi üçün dünya ABŞ istiqrazlarını almağa maraq göstərməlidir».

İqtisadçı alim hesab edir ki, istiqrazların satışı daim uğurla davam etdirilə bilməz: «Əgər bu məsələdə bir problem olarsa, ABŞ hökuməti istiqrazlar üzrə gəlirliyi artırmaq məcburiyyətində qalacaq ki, bu da Amerikada yeni problemlər yaradacaq. Göründüyü kimi, 1920-1930-cu illərdə Britaniyanın üzləşdiyi problemlər bu gün Amerikada təkrarlanır. Həmin vaxt Britaniya hökumətinin səhv iqtisadi siyasəti nəticəsində İngiltərə bütün dünyada öz mövqelərini itirdi və funt sterlinq əhəmiyyətinə görə ikinci plana keçdi. Bu gün ABŞ həmin hadisə ilə qarşılaşmaqdadır».

E.Merkelin sözlərinə görə, belə olan təqdirdə dünyanın maliyyə sistemində dolların yerini avro tuta bilər: «Yunanıstandakı problemlər həll olunsa və Avropa İttifaqı öz daxilindəki iqtisadi problemləri həll edə bilsə, böyük ehtimalla avro dolların yerini tutacaq».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR