Bank Of Baku

«MBASK» sığorta şirkətinə yeni sədr təyin olunub

«MBASK» sığorta şirkətinə yeni sədr təyin olunub
# 15 oktyabr 2010 12:19 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «MBASK» sığorta şirkəti Direktorlar Şurasının növbədənkənar iclasında şirkətin İdarə Heyətinə yeni sədr təyin olunub. Bunu «APA-Economics»ə açıqlamasında «AXA MedLa Region» (Aralıq Dənizi və Latın Amerikası regionu) şirkətinin yeni bazarların inkişafı üzrə direktoru Frederik Fleju (Frederic Flejou) bildirib.

F.Flejunun sözlərinə görə, Şuranın iclasında səhmdarlar tərəfindən türkiyəli mütəxəssis Yavuz Ölken şirkətin İdarə Heyətinin sədri seçilib. Menecmentdə aparılan digər dəyişiklərə görə, şirkətin Maliyyə Departamentinin direktoru vəzifəsinə Selcuk Adıgözəl təyin edilib.

Xatırladaq ki, Şirkətin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti olaraq Elxan Qəribov (Müşahidə Şurasının üzvü kimi işini davam etdirəcək), Maliyyə Departamentinin direktoru vəzifəsini isə Rauf Atakişiyev icra edib.

Qeyd edək ki, Şuranın növbədənkənar iclasının keçirilməsinin əsas səbəbi Fransanın «AXA Group»un törəmə müəssisəsi olan «AXA Seguros Generales» şirkətinin «MBASK» sığorta şirkətində nəzarət səhm paketinin (51%) əldə etməsi ilə bağlı olub.

Xatırladaq ki, «MBASK» sığorta şirkəti 1992-ci ildən fəaliyyət göstərir. Şirkətin səhmdarları sırasında «AXA Group»un törəmə müəssisəsi olan «AXA Seguros Generales» (51%) və Eldar Qəribov (49%) çıxış edir. Cari ilin oktyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 5,730 mln. manat təşkil edir. Hazırda şirkət 29 sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR