Bank Of Baku

«Bakı Sığorta»nın daxilolmaları son bir ildə 7% azalıb

«Bakı Sığorta»nın daxilolmaları son bir ildə 7% azalıb
# 15 oktyabr 2010 13:17 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bakı Sığorta» şirkətinin 2010-cu ilin yanvar-sentyabr aylarında topladığı sığorta haqlarının həcmi 1,980 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin 9 ayının yekunları ilə müqayisədə 7,3% azdır.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə şirkətin sığorta riskləri üzrə ödənişlərinin həcmi 43,2% azalaraq 579,123 min manat təşkil edib.

Şirkətdən bildirilib ki, sığorta haqlarında ən çox yığım «Avtomobillərin sığortası» (878,526 min manat), «Tibbi sığorta» (429,830 min manat) və «Yanğından icbari sığorta» (265,661 min manat) növləri üzrə aparılıb. Bu növlərin məcmu sığorta haqlarında payı müvafiq olaraq 44,37%, 22% və 13,4% olub.

Qeyd edək ki, təsisçisi «Bank Respublika» ASC (51%) və digər yerli hüquqi və fiziki şəxslər olan «Bakı Sığorta» şirkəti 2007-ci il avqust ayından fəaliyyət göstərir. Şirkət 26 sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR