Bank Of Baku

Maliyyə Elm-Tədris Mərkəzində ixtisasartırma kurslarının növbəti buraxılışı olub

Maliyyə Elm-Tədris Mərkəzində ixtisasartırma kurslarının növbəti buraxılışı olub
# 15 oktyabr 2010 14:31 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində ixtisasartırma kurslarının növbəti buraxılışı olub.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, Maliyyə Elm-Tədris Mərkəzində rayon (şəhər) üzrə maliyyə idarələrindən (şöbələrindən), xəzinədarlıq idarələrindən «Kargüzarlar» üzrə mütəxəssislər üçün «Yerli maliyyə orqanlarında kargüzarlığın aparılması və təşkili» mövzusunda növbəti ixtisasartırma kursu təşkil edilib.

Tədrisdə dinləyicilər qarşısında «Yerli maliyyə orqanlarında kargüzarlığın təşkili və aparılması», «Yerli maliyyə orqanlarında vətəndaş müraciətləri üzrə kargüzarlığın təşkili və aparılması», «İcra intizamının möhkəmləndirilməsi və icraya nəzarətin təkmilləşdirilməsi tədbirləri haqqında» və digər mövzularda mühazirələr oxunub.

Tədrisin yekununda kompüter proqramı vasitəsi ilə keçirilən test imtahanında dinləyicilərin bilik, bacarıq və vərdişlərinin səviyyəsi yoxlanılıb. Tədrisi müvəffəqiyyətlə bitirən dinləyicilərə müvafiq şəhadətnamə verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR