Bank Of Baku

«Atəşgah Sığorta» şirkətinin keçirdiyi müsabiqənin qalibləri müəyyənləşib

«Atəşgah Sığorta» şirkətinin keçirdiyi müsabiqənin qalibləri müəyyənləşib
# 16 oktyabr 2010 07:29 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev-APA-Economics. Azərbaycanın «Atəşgah Sığorta» şirkəti ölkənin ən böyük sosial şəbəkəsi olan disput.az internet ünvanında elan etdiyi müsabiqənin qaiblərinin mükafatlandırıb.
Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, müsabiqədə iştirak edən 15 iştirakçıdan yalnız 3 nəfər sığorta mövzusunda sualları düzgün cavablandıraraq qalib elan ediliblər.
Qaliblər reklam sahəsində çalışan Fuad Kərimov, bank sahəsində çalışan Kamran Şıxəliyev və Aytən Məmmədbəyovadır. Mükafatlandırma mərasimində qaliblərə hədiyyə olaraq «Arxayın sürücü» sığorta paketi təqdim edilib. Mükafatları təqdim edən «Atəşgah Sığorta» şirkətinin İdarə Heyətinin sədr müavini Əkbər Mədətli müsabiqəyə maraq göstərdiklərinə görə qaliblərə «Atəşgah Sığorta» şirkətinin adından minnətdarlıq bildirib.
Xatırladaq ki, «Atəşgah» şirkəti 1996-cı ilin dekabrından fəaliyyət göstərir. Şirkətin səhmdarları rolunda «İSR Holding» (49%), ARDNŞ (30%) və «Ran Exim» şirkəti (21%) çıxış edir. Hazırda şirkətin nizamnamə kapitalı 2,7 mln. manat təşkil edir. Şirkətinin 8 ofisi fəaliyyət göstərir. Şirkət 17 könüllü və 4 icbari sığorta xidməti göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR