Bank Of Baku

Azərbaycanda həyat sığortası fəaliyyəti ilə məşğul olacaq daha bir şirkət yaradılır

Azərbaycanda həyat sığortası fəaliyyəti ilə məşğul olacaq daha bir şirkət yaradılır
# 16 oktyabr 2010 11:11 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Yaxın vaxtlarda Azərbaycanda həyat sığortası fəaliyyəti ilə məşğul olacaq daha bir sığorta şirkəti - «Paşa həyat sığortası» şirkəti yaradılacaq.

Bunu «APA-Economics»ə açıqlamasında «Paşa Sığorta» şirkətinin İdarə Heyətinin sədri Nofəl Rzayev bildirib.

N.Rzayevin sözlərinə görə, həyat sığortası ilə məşğul olacaq şirkət hələlik dövlət qeydiyyatına alınmayıb. «Sığorta fəaliyyəti haqqında» qanuna uyğun olaraq ilk növbədə kadr olmalı sonra şirkət yaradılmalıdır. Bununla bağlı artıq şirkətin İdarə Heyətinin sədri və üzvü vəzifələrinə namizədlər Maliyyə Nazirliyi tərəfindən test imtahanından keçiblər», - deyə N.Rzayev bildirib.

Qeyd edək ki, imtahan bu ilin oktyabr ayının 15-də keçirilib. İmtahanda şirkətin İdarə Heyətinin sədri vəzifəsinə iddialı namizəd kimi Mürsəl Rüstəmov, İdarə Heyətinin üzvü vəzifəsinə Niyazi İsmayılov və Kamran Bağırov, baş mühasib vəzifəsinə Könül Mahmudova və Dilarə Babayeva, həmçinin Təftiş komissiyasının üzvləri vəzifəsinə Dövlət Səlimov və Dilbər Hüseynova Zaur və başqaları iştirak edib. İmtahanın nəticəsi bu ilin oktyabr 18-də elan olunacaq.

Qeyd edək ki, Azərbaycanda həyat sığortası üzrə fəaliyyət göstərən ilk şirkət «Atəşgah Həyat Sığortası» şirkəti olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR