Bank Of Baku

Dollar nisbətən möhkəmlənib

Dollar nisbətən möhkəmlənib
# 16 oktyabr 2010 10:04 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bir neçə günlük zəifləmədən sonra dünən maliyyə bazarlarında ABŞ dollarının möhkəmlənməsi qeydə alınıb.

APA-Economics”in xəbərinə görə, dolların avro, ingilis funt-sterlinqi, Avstraliya dolları, İsveçrə frankı və Kanada dolları qarşısında məzənnəsi yüksəlib.

Dollar qarşısında 0,76 % zəifləyən avronun qiyməti indi 1,3977 dollar təşkil edir. İngilis funtu 0,12 % zəifləyərək 1,5992 dollar olub. Əvəzində dollar yapon ieni qarşısında 0,03% zəifləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR